“Almaniya hökuməti Trampın yox, Harrisin tərəfini tutmaqla səhv edib” – XDİ lideri

Xristian Demokrat İttifaqının (XDİ) sədri Fridrix Merz hesab edir ki, Almaniya hökuməti Demokratlar partiyasının namizədi Kamala Harrisin seçiləcəyini düşünərək ABŞ-da prezident seçkiləri ilə bağlı yaranmış vəziyyətdə səhvə yol verib.

Musavat.com xəbər verir ki, müxalifət partiyasının lideri bunu “Stern” jurnalına müsahibəsində deyib.

O, Almaniya Xarici İşlər Nazirliyinin birtərəfli qaydada Harrisin tərəfini tutduğuna diqqət çəkib. “Trampın yaxşı yaddaşı var. Hazırkı Almaniya hökuməti yeni ABŞ administrasiyasının yanında hörmətli olmayacaq”.

Merz hesab edir ki, Şolts indi beynəlxalq səviyyədə axsaq bir ördəkdir.

Musavat.com

10.11.2024 13:36
321