Almaniya “Taurus” raketlərini Ukraynaya ötürməyəcək, çünki ukraynalılar “onları özləri proqramlaşdıra bilməyəcəklər”, Berlin isə “eskalasiya riski” səbəbindən öz əsgərlərini ora göndərməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə kansler Olaf Şolz bildirib:
“Mənim nöqteyi-nəzərimə görə, 500 km məsafəni vura bilən silahların ötürülməsi o qədər problemlidir ki, onu ötürən ölkə nöqteyi-nəzərindən bu, yalnız o zaman özünü doğruldur ki, hədəfləri özü müəyyənləşdirsin. Yenə də mümkün deyil, çünki biz bu qarşıdurmanın iştirakçısı olmaq istəmirik”.
Musavat.com