"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının qonağı olub.
Musavat.com-un xəbərinə görə, Rauf Arifoğlu bildirib ki, Rusiyanı görmək istəməyən, gözdən salan, iqnor edən Avropa Birliyi birdən-birə Güney Qafqazda Rusiyanı görməyə başladı və missiyasını yerinə yetirməyi, erməniləri qorumağı tələb etdi.
"Yeri gəlmişkən, məhz bu missiyanı Rusiyaya yükləmək üçün 17 sentyabrda İstanbulda məxfi görüş keçirilib", - Rauf Arifoğlu deyib.
Ətraflı videoda: