Alman nazirdən müharibə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: "Tez bir zamanda..."

Ukraynadakı müharibənin tez bir zamanda bitəcəyinə ümid yoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “Funke” media qrupuna müsahibəsində bildirib.

Annalena Baerbock: the German minister staring down Russia over Ukraine |  Germany | The Guardian

“Rusiyanın müharibədəki qəddarlıqlarının artıq heç bir həddi yoxdur”,-deyə o, qeyd edib.

Berbokun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin sülh danışıqları aparmaq istəmir: “O, rasional arqumentlərin və bəşəriyyətin dəyərlərinin əlindən kənarda olduğunu daha aydın şəkildə göstərir. Və o, qəti şəkildə danışıqlar aparmaq istəmir".

"Biz Avropada sülhə və bəşəriyyətə yalnız öz gücümüzlə nail ola bilərik”,-deyə alman nazir fikrini bu cümlə ilə yekunlaşdırıb.

Musavat.com

30.03.2024 14:06
2774