Aktyor Allahverdi Yolçuyev yeni açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Səhərin səsi" proqramına qonaq olan 64 yaşlı aktyor artıq 4 ildir parkinson xəstəliyindən əziyyət çəkdiyini bildirib:
"Verilişlərə çox gedə bilmirəm. Artıq 4 ildən çoxdur parkinson (mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir) xəstəliyindən əziyyət çəkirəm. Hərdən çoxalır, hərdən də azalır. Mənə həyəcanlanmaq olmaz".