“Allah mənə övladımın olduğu günü göstərməsin”

"İndi 47 yaşım var. Övladın başına daş düşsün (daha sonra müğənni Niyam Salaminin mikrofonu söndürülüb). Allah mənə övladımın olduğu günü göstərməsin. O uşaq “lya-lya” edib böyüyür və böyüyəndən sonra başına elə oyun açır ki, o zaman insanın ağlı başından gedir. O məsuliyyətin altına girə bilmərəm. Mənim üçün övlad “atam” deməkdir. Onu böyüdəcəyəmsə, “atam” kimi bir insan böyütməliyəm. Əgər mən atam kimi ata olmayacağamsa, yalançı atalığı neynirəm?! Çünki indiki yediyimiz yeməkdən və aldığımız havadan sonra baş "gedir".

Bu sözləri müğənni Niyam Salami "Rəngarəng səhər" verilişində qonaq olarkən söyləyib.

İfaçı keçmiş xanımından söz açaraq övladını onun bətnində olarkən itirdiyini bildirib:

"Ailə - gəlinin gül atması, dəbdəbəli gəlinlik geyinməklə, rəqs etməklə, filankəs “Bentley” avtomobili ilə gəlib, məndə belə istəyirəm kimi şeylər demək deyil. Kiminsə bəhsi ilə nələrsə etmək ailə demək deyil. Ailə başqa şeydir. Ailənin təməli olmalıdır. Ailə quranda xanımıma dedim ki, sənin mənə bahalı mebelin və brilliant üzük almağın lazım deyil. Mənim brilliantım sənsən. Həyatımı brillianta çevirən sən olmalısan. Ondan xahiş etdim ki, mənə bahalı şeylər almasın. Özüm seçdim üzüyümü. Getdim çox sadə bir üzük aldırdım və dedim ki, bu mənə bəs edir. Ailəmin alınmamasının günahı hər ikimizdə oldu. Bizim xasiyyətimiz tutmadı. Mən xanımımla nişanlanandan sonra onu sevməyə başlayırdım. Xanımımın səliqəsi, sahmanı gözəl idi. Bunu itirə bilmərəm. Bir il yarım ailəli olduq. İnsan gərək bir müddət tanımalıdır. Xasiyyət və xüsusiyyət adlı məsələ var, öyrəşməlisən, sən onun iyini belə hiss etməlisən. Bizdə bunlar olmadığı üçün ayrıldıq. “Hay-hüylə” ailə qurmazlar. Bizim övladımız olmalı idi, amma problemlər oldu. Xanımımın bətnində körpə tələf oldu"./Axşam.az

20.06.2024 17:07
1463