Alimləri qorxudan, dünyanın ən vahiməli məqbərəsinin sirri: Terrakota ordusu - VİDEO

Dünyasını dəyişəndən sonra belə hökmdarlıq arzusunda olan Çinin ilk imperatoru Tsin sülaləsindən olan Tsin Şixuandi idi. O, taxta 13 yaşında çıxır və elə ilk gündən mavzoleyini inşa etdirmək əmri verir. 38 il ərzində yeraltı mavzoley üçün nəzərdə tutulmuş əsgər fiqurları hazırlanır. Bu işdə 70 min fəhlə iştirak edib. Məzarlığın divarlarının uzunluğu 12 kilometr, hündürlüyü isə 10 metr təşkil edir.

Tsin Şixuandi bir-biri ilə daim müharibə edən kiçik Çin dövlətlərini birləşdirərək onu imperiya səviyyəsinə gətirə bilib. Məşhur Çin səddi də onun zamanında inşa olunmağa başlayıb. Unikal nekropol vahimə, qorxu bəxş edir və həmçinin insan əməyinin, bənzərsiz təxəyyülün məhsulu kimi dünyanın möcüzələrindən biri hesab olunur.

Məzarlıq 1974-cü ildə artezian quyusu qazılan zaman sadə kəndli tərəfindən aşkar olunur. Bundan sonra başlanan arxeoloji ekspedisiya 3 mərhələdə baş tutub. 2000-ci illərin əvvəllərində aparılan qazıntı işləri zamanı musiqiçilərin və akrobatların heykəlləri də aşkar edilib. Məzarlıqda məmurların heykəlləri də tapılıb. "Terrakota döyüşçüləri"nin gil heykəllərinin hündürlüyü 160-1970 sm, çəkisi isə 135 kq-dır.

Maraqlıdır ki, heykəllərin simalarının biri digərinə bənzəmir və hesab olunur ki, heykəllər real insanlara istinadən hazırlandığı üçün bənzərlik yoxdur. Gildən at heykəlləri də real ölçülərdədir. Bütün bu əsgərlər, silahlar imperatoru o dünyada da qorumaq üçün nəzərdə tutulmuşdu. Gil ordu imperatorla birlikdə eramızdan əvvəl 210-cu ildə basdırılıb. Ən dəhşətlisi isə odur ki, bütün bu heykəlləri hazırlayan 70 min fəhlə və sənətkarların qalıqları da orada aşkar olunub.

İmperatorun 48 kənizinin də qalıqlarının aşkarlandığı məzarlıq vahimə saçırdı. Səbəb isə o idi ki, bu insanların hamısı diri-diri basdırılıb. Aparılan ekspertizaların nəticələri bunu deməyə əsas verir. İmperator dünyasını dəyişəndən sonra onunla birlikdə nazirləri, dövlət adamlarını da qətlə yetirərək basdırıblar. O dünyada da imperatora xidmət etsinlər deyə... Bu Çinin, bəlkə də dünya tarixinin ən genişmiqyaslı qurban verilməsidir. Hər bir məzarlıqda 100-200 insan qalığı aşkarlanıb.

Ətraflı Baku TV-nin süjetində:

31.05.2024 00:48
1733