Bu il həddindən artıq isti rekord səviyyələrə çatdığı üçün çoxlu meşə yanğınları baş verir.
Bu barədə "Euronews" məlumat yayıb.
Bildirilir ki, Yunanıstanın Lambraki bölgəsində meşə yanğını səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb. İtaliyada da Neapol şəhəri yaxınlığında başlayan meşə yanğınını söndürmək üçün işlər davam edir.
Şimali Atlantikada dəniz səthinin temperaturu 40 ilin ən yüksək səviyyəsinə yüksəlib. Küveytin bəzi bölgələrində havanın temperaturu 50 dərəcəyə çatdığı üçün elektrik enerjisində fasilələr yaranıb. Hindistanda isti hava səbəbindən 52 nəfər ölüb. Yeni Dehlidə temperaturun 40 dərəcə olduğu və gün ərzində 50 dərəcəyə qədər yüksəldiyi müəyyən edilib.
Ekspertlər də xəbərdarlıq edir ki, Avropanı indiyə qədərki ən isti yay gözləyir.
Qitədə yayın getdikcə daha isti keçməsində böyük rol oynayan amil insanın yaratdığı iqlim dəyişikliyidir. (Publika.az)