Alim Qasımovun nəvəsindən etiraf: "O mənim xalam idi..."

Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə Şirinova sosial media hesabında xalası Dilruba Qasımova haqqında paylaşımı ilə diqqət çəkib.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Fatimə Şirinova İnstaqramda hekayə bölümündə şəbəkə izləyicisinin "Siz Azərbaycan Tibb Universitetində təhsil alırsınız" sualına "O vaxt səhv xəbər nəticəsində hamı elə bilirdi ki, mən tibb sahəsində təhsil alıram. Xeyr, o, mənim xalam idi. Qəhrəman xalam! O, ATU-da üçüncü kursda oxuyur. Təhsil almağın yaşı yoxdur, özü də iki uşaqla...", - deyə cavab verib.

Qeyd edək ki, Fatimə Şirinova xalq artisti Natiq Şirinovun oğlu Ümidlə evlidir. Cütlüyün bir övladı var.

14.04.2024 02:33
1317