Xalq artisti Alim Qasımov müğənni Kərim Abbasovun boşanan qadınlarla bağlı fikirlərinə adına açılan səhifədən yayılan xəbərə aydınlıq gətirib.
Alim Qasımov Teleqraf.com-a açıqlamasında hadisədən xəbərsiz olduğunu deyib:
"İnstaqram işlətmirəm, heç mənim Kərim Abbasovun açıqlamasından xəbərim yoxdur. Kimsə yəqin adıma açılan səhifədən yazıb. Bu hadisədən xəbərim yoxdur. Araşdıracağam..."
Qeyd edək ki, xanəndənin İnstaqramda adına açılan səhifəsindən "Show_news" səhifəsinə müğənni Kərim Abbasovun MTV Azərbaycan kanalında boşanan qadınlarla bağlı səsləndirdiyi xəbərin şərh bölümünə "Sənin canın üçün kişinin xanımı qaçmaz sənin kimilərdən...", - deyə yazılıb.
Xatırladaq ki, Kərim Abbasov qadınlarla bağlı bu sözləri deyib: "Kişi ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küncündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi".