"Ali Rıza" vəsiyyətini açıqladı

"Yaprak dökümü" serialında "Ali Rıza" obrazına həyat verən aktyor Halil Ergün vəsiyyətini açıqlayıb.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, aktyor müsahibəsi zamanı öldükdən sonra yas verilməsini istəmədiyini bildirib:

"Vəsiyyətim budur, yas verilməsini istəmirəm. Mən də bir çox hörmət etdiyim insanın dəfn mərasiminə getdim. Amma vəzifəsini yerinə yetirmək kimi görürəm bunu. Nə qədər sədamız qalıbsa, o qədər yad edilsək kifayətdir".

17.08.2022 09:25
894