Ali Məhkəmənin hakimi təqaüdə göndərilib

Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Əziz Seyidov təqaüdə göndərilib.

Bu barədə Musavat.com-a qurumdan məlumat verilib.

Qeyd edilib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əziz Seyidovun uzun illər prokurorluq orqanlarında və Ali Məhkəmədə səmərəli fəaliyyətindən danışaraq ona uğurlar arzu edib.

Ə.Seyidova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

01.11.2024 12:58
1454