Alen Simonyan həsrətlə Matviyenkonu gözləyir

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonu hava limanında şəxsən qarşılamağı planlaşdırır.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

“Valentina Matviyenko məndən Nensi Pellosi ilə nə vaxt görüşdüyümü soruşdu. Mən də ona söz verdim ki, onunla da görüşəcəyəm (səfər iyunun 5-6-da nəzərdə tutulub). Mən bunu kiprli həmkarım Anita Dimitriuda olduğu kimi edəcəm”, - Ermənistan parlamentinin spikeri deyib.

Rusiya XİN rəhbəri Sergey Lavrovun lazımi səviyyədə qarşılanmaması ilə bağlı söhbətə gəlincə, Simonyan qeyd edib ki, qonaqlar protokol əsasında qarşılanır. Xüsusilə qadın həmkarları üçün şəxsən istisnalar edir.

Musavat.com

27.05.2025 12:47
515