Ermənistan parlamentinin spikeri Alen Simonyan son günlər yerli müxalifət tərəfindən ciddi tənqid edilir. Müxalifət onun "Azərbaycanın Qarabağı azad etməsi BMT qətnamələrinə əsaslanıb" fikrini xəyanət olaraq qiymətləndirir.
Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, Simonyan “Armenia Today” ilə müsahibəsində müxalifətin onun "Azərbaycan tezisləri səsləndirməsi" ilə bağlı ittihamlarına münasibət bildirib.
“O bildirib ki, sülh gündəmi Ermənistanın heç bir ölkə ilə ərazi iddiası və ya mübahisəsinin olmadığına əsaslanır. Qonşularımız da onların əleyhinə ərazi iddialarının olmaması ilə bağlı müzakirələr aparmağı gözləyirlər. Əgər mənim çıxışım hər hansı bir ölkənin diskursu ilə üst-üstə düşürsə, buna normal yanaşıram. Ərazi iddialarının olmamasını Azərbaycan diskursu adlandırmaqları da mümkündür. Mənim bununla heç bir problemim yoxdur,” — deyə erməni spiker vurğulayıb.
Musavat.com