Alen Delon VƏFAT ETDİ

Məşhur Fransız aktyoru, rejissor, prodüser, ssenarist olan Alen Delon vəfat edib.

Musavat.com xəbər verir ki, Alen Delon 8 noyabr 1935-ci ildə Parisin So adlanan məhəlləsində anadan olub. Onun populyarlığının zirvəsi 20-ci əsrin 60-80-ci illərində baş verdi - o, milyonlarla qadının kumiri idi və dövrün əsas seks simvollarından biri hesab olunurdu.

O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.

18.08.2024 10:12
1348