Alen Delon dəfn edildi

Fransız aktyoru Alen Delonun Orlean yaxınlığındakı Duşi kommunasındakı malikanəsində dəfn mərasimi keçirilib.

Aktyor malikanənin ərazisində tikdirdiyi kilsədə dəfn edilib.

Mərasimdə onun üç övladı və yaxın dostları iştirak edib.

Xatırladaq ki, aktyor avqustun 18-də 88 yaşında Fransanın Duşi kommunasındakı evində dünyasını dəyişib.

1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.//Report

24.08.2024 21:57
1347