Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazıb.
Musavat.com xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib.
"Sivil davranış mədəniyyəti göstərmək istəyirəm: prinsipial səhv istefa deməkdir", - o qeyd edib.
Xatırladaq ki, Aleksey Arestoviç Rusiya ordusunun Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirməsi ilə bağlı yanlış məlumat verdiyi üçün tənqidlərə məruz qalmışdı.