Aleksandr Maslyakov vəfat etdi

Əfsanəvi KVN aparıcısı Aleksandr Maslyakov vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Qeyd olunub ki, 82 yaşlı aparıcı xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Aleksandr Maslyakov 24 noyabr 1941-ci ildə Yekaterinburqda anadan olub. O, Rusiyanın əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının xalq artisti olub.

08.09.2024 20:08
1090