Aldadıb 12 milyonunu əlindən aldılar

Sosial mediada yayılan saxta investisiya reklamlarına aldanan məşhur dicey Ozan Doğulu fırıldaqçılara 12 milyon lirə verib.

Hadisədən sonra hərəkətə keçən Kibercinayətlərlə Mübarizə Qrupları bu məbləğin 5 xarici birjaya köçürüldüyünü müəyyən edib.

Qeyd edək ki, Ozan Doğulu məşhur müğənni Kənan Doğulunun qardaşıdır. /Axşam.az

13.07.2025 18:35
960