Albaniyanın baş naziri Azərbaycana gələcək

Albaniyanın Baş naziri Edi Rama COP29-da iştirak üçün Azərbaycana gələcək.

Musavat.com-un məlumatına görə, bu barədə Albaniyanın Azərbaycana yeni təyin olunan səfiri Besart Kadianın Prezident İlham Əliyevə etimadnaməsinin təqdim edilməsi zamanı bildirilib.

Azərbaycan Prezidenti bunun ölkələr arasında yaxın tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini dedi.

İki ölkənin beynəlxalq səviyyədə bir-birini həmişə dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təmsil olunmadığı beynəlxalq təşkilatlarda Albaniya hökumətinin Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi.

31.10.2024 14:27
187