Albaniya və Azərbaycan arasında turizm əlaqələri müzakirə edilib

Turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları iyunun 10-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro arasında görüşdə müzakirə edilib.

Dövlət agentliyindən Musavat.com-a verilən xəbərə görə, görüşdə hər iki ölkənin üzv olduğu beynəlxalq təşkilatlar, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-Turizm çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin turizm təhsili, xidmət sahəsi üzrə kadrların hazırlanması, assosiasiyalar və özəl sektorla tərəfdaşlıq imkanları müzakirə edilib.

Musavat.com

 

 

11.06.2024 11:55
415