AL Market jurnalistlər üçün mediatur təşkil edib

AL Market mağazalar şəbəkəsi KİV nümayəndələri üçün öz məhsullarının istehsal edildiyi Sumqayıt Yağ Fabrikinə mediatur təşkil edib.

“Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “Al Market” insanların günlük ehtiyacları olan məhsul çeşidliliyi təmin edir.

AL Market müştərilərinin xərclərini hər gün azaltmaq üçün beynəlxalq təcrübədən istifadə edir. Azərbaycanda və xarici ölkələrdə məşhur marakaların istehsal olunduğu böyük firmalarda “AL Market”-də satılması üçün məhsullar istehsal etdirir. Bununla da müştəri ödədiyi məbləği sadəcə aldığı məhsul üçün ödəyir. Məhsul markasının məşhurlaşması üçün əlavə xərclərdən istifadə edilmədiyi üçün məhsul müştərilərə daha ucuz qiymət təqdim edilə bilir.

AL Marketin öz məhsulu olan “Sərfəli” duru yağlarının istehsal olunduğu yağ fabrikini ziyarət edən jurnalistlərə burada yaradılmış keyfiyyətə nəzarət sisteminin qüsursuz olduğu əyani şəkildə nümayiş etdirildi.

Jurnalistləri qarşılayan istehsal müsəssisəsinin nümayəndəsi Elşən Kərimov jurnalistlərə Qida və Yağ fabrikinin bütün avadanlıqlarının bu sahə üzrə dünyanın ən məşhur və böyük şirkətləri tərəfindən təmin edildiyi barədə məlumat verərdi. Müəssisənin İSO sertifikatının tələblərinə tam cavab verdiyini, laboratoriyanın dəfələrlə beynəlxalq müsabiqələrdə mükafatçı və qalib olduğunu qeyd etdi.

Jurnalistlər Sumqayıt Qida və Yağ Fabrikində keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyinə şahid olublar.

Media turun videosunu aşağıdakı linkdən izləyə bilərsiniz.

07.11.2024 21:21
266