Aktyor Vüsal Murtuzəliyevin beyninə qan sızıb - Dilarə qardaşından danışdı

Tanınmış aktyor Vüsal Murtuzəliyev xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, sənətçinin beyninə qan sızıb. Hazırda aktyorun müalicəsi davam etdirilir. Əməkdar artist Dilarə Əliyeva OLAY-a raçıqlamasında qardaşının vəziyyətinin yaxşı olduğunu bildirib:

“Narahat olanlara deyirəm ki, narahatlığa əsas yoxdur. Yüksək təzyiqdən yüngül qansızma olmuşdu. İndi vəziyyəti yaxşıdır. Çox sağ olsun həkimlərimiz. Hər şey qaydasındadır. Sağalmağa doğru gedir”.

 

Şahanə Rəhimli
Musavat.com

20.06.2025 00:49
1209