Türkiyəli aktrisa Bahar Şahin ona gələn xeyli miqdarda su puluna üsyan edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o evinə gələn 5 min 645 lirəlik su puluna “Şokdayam, kim mənim su xəttimə qeyri-qanuni bağlanıbsa, danışaq” deyərək etiraz edib.
Aktrisa yaşadığı hal qarşısında çox təəccübləndiyini vurğulayıb.
O yaşadığı bu hadisəni sosial şəbəkə izləyiciləri ilə bölüşüb. İnstaqram hesabında qəbzi paylaşaraq "Hələ şokdayam, indi niyə belə oldu?" deyərək İstanbul Su Ümumi Müdirliyini işarələyib.
Xatırladaq ki, Bahar Şahin bu günə qədər “Zalim İstanbul”, “O Hayat Benim”, “Gülümse Kaderine” və “Tetikçinin Oğlu” kimi bir çox serial layihəsində rol alıb.