2014-cü ildə “Miss Türkiyə” yarışmasında üçüncü olduqdan sonra aktrisalıq karyerasını inkişaf etdirən Aybüke Pusat yol qaydalarını pozduğu üçün cərimələnib.
Aktrisa ötən gün saat 02:00 radələrində Etilerdə tıxaca düşüb. Yoxlamalar nəticəsində məşhurun sərxoş vəziyyətdə olduğu müəyyən edilib və sürücülük vəsiqəsi əlindən alınıb.
Aktrisa yol polisinin “Bir dostunuza zəng edin, gəlib maşını götürsünlər” təklifinə “Qoy burda qalsın, sabah aparacağam” deyərək taksi ilə evə gedib. Onun maşını evakuatorla polis dayanacağına aparılıb.//Publika.az