Bir müddət əvvəl imtahan günü xoşagəlməz hadisə yaşayan və imtahan zalından çıxarılan şagirdlə bağlı müsbət qərar verilib.
Musavat.com xəbər verir ki, bununla bağlı imtahandan 1 saat 10 dəqiqə əvvəl üzərində telefon olduğunu öyrənən və onu nəzarətçiyə təhvil verən Nurun anası aktrisa Ellada Sarvan məlumat yayıb.
O qeyd bildirib ki, Nur təkrar imtahana buraxılacaq:
"Sentyabrda təkrar imtahan olacaq. DİM məsələni araşdırıb qərar verdi. Bir neçə gün öncə kədərimi sizinlə bölüşdüyüm kimi, indi də sevincimi bölüşmək istədim".
Zərifə Əliyeva adına Liseyin 9 sinif şagirdi olan Nur Əhmədovanın imtahandan çıxarılmasından şikayətçi olan aktrisa Məleykə Abbaszadəyə təşəkkür edib:
"İmtahan günü imtahan rəhbəri protokolda hadisəni düzgün qeyd etdiyinə görə, bu gün müsbət cavab ala bildik. Mən şəxsən Məleykə Abbaszadəyə təşəkkürümü bildirirəm".