Akkuyu AES deyilən vaxt istismara hazır olmayacaq – Novak səbəbini açıqladı

Almaniyanın “Siemens” şirkəti Türkiyədəki “Akkuyu” AES-ə avadanlıqların tədarükü ilə bağlı müqavilə öhdəliklərini pozub, nəticədə avadanlıqlar digər dost ölkələrdən alınıb.

Musavat.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə deyib: “Təəssüf ki, bir sıra dost olmayan ölkələr türk xalqının bu arzusunu həyata keçirməsinə mane olmağa çalışır. Beləliklə, biz elə bir vəziyyətlə üzləşdik ki, bağlanmış müqaviləyə baxmayaraq, Qərb şirkəti - Siemens (Almaniya) müəyyən növ avadanlıqların tədarükü ilə bağlı müqavilə öhdəliklərini pozdu”.

Novak söhbətin hansı avadanlıqdan getdiyini dəqiqləşdirməyib. Onun sözlərinə görə, bu avadanlıq kritik deyil, lakin layihə üçün əhəmiyyətlidir: “"Siemens" nümayəndələri ilə danışıqlar "konstruktiv nəticə vermədi", bundan sonra Rosatom türk tərəfdaşları ilə birlikdə "dost ölkələrdən" komponentlər aldı, ilk partiya artıq Akkuyu AES-ə çatdırılıb”.

O, stansiyanın bütün dörd enerji blokunun 2028-ci ildə işə başlayacağını elan edib, lakin onlardan birincisinin işə salınma vaxtını dəqiqləşdirməyib. Hazırda Rusiya və Türkiyə Siemens-in Akkuyu AES layihəsinin icra qrafiki ilə bağlı öhdəliklərinə əməl etməməsinin nəticələrini qiymətləndirirlər.

Musavat.com

07.10.2024 19:57
695