Belarus alimləri xaricdə yaşadıqlarına və “Belarus Respublikasına qarşı fəaliyyətlərinə” görə Milli Elmlər Akademiyasının akademiki və müxbir üzvü statusundan məhrum ediləcək. Bundan başqa, alimlərə yalnız iş yerində internetdən istifadə hüququ veriləcək.
Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Belarus elm adamları istifadə edəcəkləri internet saytları barədə əvvəlcədən yazılı şəkildə məlumat verməlidirlər.
Belarus Milli Elmlər Akademiyasının sədri Vladimir Qusakovun imzaladığı müvafiq sənəd kimyaçı alim Sergey Besarabanın Telegram kanalında dərc edilib.
Musavat.com