"Ailəmdən ayrı qalıram" - Ehtiram Hüseynov

Əməkdar artist Ehtiram Hüseynov uzun müddətdir ailəsindən ayrı yaşayır.

Bu haqda sənətçi "Qonaqcanlı" verilişində danışıb.

O bildirib ki, Xankəndidə universitetdə çalışdığı üçün orada yaşayır:

"Hələ ki, Qarabağdayam. Bu tərəflərə gəlməyəcəyəm. Uşalqarım oxuyur deyə, ailəm Bakıdadır. Mənim tələbəlik arzum idi ki, tək və kirayə qalım. Deyirdim ki, gedəcəyəm Bakıya, kirayədə tək qalacağam. İndi qismət oldu". (Axşam.az)

31.01.2025 20:02
20559