“Ailə tərbiyəsi görməyən şou adamları efirə çıxarılmamalıdır".
Müsavat.com bildirir ki, bu barədə tanınmış tele-tənqidçi, professor Qulu Məhərrəmli sosial şəbəkədə qeyd edib.
Qulu Məhərrəmli ictimai əxlaqı zədələyən bu cür şəxslərin efirlərə çıxarılmasına qarşı olduğunu deyib:
“Təbii ki, şou-biznesdə də tamaşaçıya və özünə hörmət edən, rəğbətə layiq insanlar vardır, amma bunun əksi olanlar daha çoxdur. Biz məhz ictimai əxlaqı zədələyən o kəslərə qarşıyıq. Bu, birmənalı belədir və təəssüf ki, belə yanaşmaya görə bəzən bir para cahillər adama hücum da edir. Amma elə dəyərlər var ki onu hamımız qorumalıyıq”.
Xalidə Gəray
Musavat.com