Ailə başçısının itirilməsinə görə pensiyanın alınması üçün tələb olunan sənədlər və onların təqdimat forması necədir?
Musavat.com Lent.az-a istinadən xidmət üzrə tələb olunan sənədləri təqdim edir:
1. əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, vəfat etmiş şəxsin ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı;
2. vəfat etmiş ailə başçısının övladının (övladlarının) doğum haqqında şəhadətnaməsinin surəti; ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;
3. ailə başçısının 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı;
4. vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı övladının (övladlarının) əlilliyinin, habelə atasının, anasının, arvadının, ərinin orqanizmin funksiyalarının 61-100 faiz pozulması ilə bağlı (I və ya II dərəcə) əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış;
5. ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;
6. vəfat edənin sığorta stajını təsdiq edən sənəd (əsli və notarial təsdiq edilmiş surəti).
Xidmət üzrə sənədlərin təqdimetmə forması:
-əsli;
-surəti;
-notarial təsdiq edilmiş surəti;
-elektron surəti.