“Aİ və ABŞ əllərini çəksələr, Rusiya Ukrayna münaqişəsini tezliklə həll edər” - Medvedyev

“Avropa ABŞ-dan nümunə götürməli və Ukraynadakı münaqişədən çıxmağa hazırlaşmalıdır, onda Rusiya bunu tez bir zamanda problemi həll edəcək”.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X sosial şəbəkəsindəki səhifəsində Avropa ölkələrinə bu tövsiyəni verib.

"Amerika rəsmiləri bildiriblər ki, Ukrayna məsələsində irəliləyiş olmazsa, Birləşmiş Ştatlar "əllərini yuyacaq". Müdrik. Avropa da bunu etməlidir. Onda Rusiya hər şeyi daha tez həll edəcək", - Medvedyev ingilis dilində yazıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp qeyd edib ki, tərəflər Ukrayna ilə bağlı təxribat törədərsə, Birləşmiş Ştatlar danışıqlar prosesindən çıxa bilər.

Musavat.com

 

19.04.2025 11:33
495