Aİ Budapeştin iştirakı olmadan Ukraynaya yeni hərbi yardım fondu yaratmaq imkanını araşdırır".
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "El País" yayıb.
Qeyd olunur ki, Avropa İttifaqı Macarıstanın Kiyevə yardım göstərilməsinə qoyduğu vetonu aşmaq üçün yeni yollar tapmağa çalışır. Yardımlar hazırda Avropa Sülh Fondu vasitəsilə həyata keçirilir. Yeni fondun yaradılması ilə bağlı problem isə onun təsis edilməsi üçün bütün üzv dövlətlərin yekdilliklə razılaşmasının tələb olunmasıdır.
Gözlənilir ki, Aİ-yə üzv dövlətlərin xarici işlər nazirləri bu təşəbbüsü 14 oktyabrda Lüksemburqda keçiriləcək görüşdə müzakirə edəcəklər.
Qəzet həmçinin vurğulayır ki, döyüş meydanındakı vəziyyət hazırda Ukrayna qüvvələri üçün çətindir.