Avropa İttifaqı ölkələrinin liderləri oktyabrda keçiriləcək ittifaq sammitində miqrasiyanın məhdudlaşdırılması məsələlərini ətraflı müzakirə edəcəklər.
Musavat.com xarici mediaya istinala xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
Bildirilir ki, tədbir zamanı Aİ ölkələrinin liderləri gələn miqrantların sayını necə məhdudlaşdırmaq, eləcə də Aİ-yə daxil olmayan ölkələri onların ittifaq ərazisinə daxil olmasının qarşısını almaq üçün necə razı salmaq barədə müzakirələr aparacaqlar.
Bundan əlavə, liderlər Avropada qeyri-qanuni yaşayan əcnəbilərin deportasiya müddətinin azaldılmasını da nəzərdən keçirəcəklər.
Politico-ya görə, eyni mövzular Aİ daxili işlər nazirlərinin qarşıdan gələn görüşünün gündəmində üstünlük təşkil edəcək.
Nəşrin həmsöhbəti deyib ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin müdafiə etdiyi açıq sərhəd siyasətindən geri çəkilmə avropalı seçicilərin iradəsi ilə baş verir. “Aİ liderlərini gecələr oyaq saxlayan da məhz budur ”, - o əlavə edib.
Musavat.com