Aİ Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək: Macarıstan gedir, Polşa rəhbərliyi gəlir

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Avropa İttifaqındakı sədrliyindən istifadə edərək, Rusiyaya sanksiyalarla bağlı danışıqları faktiki olaraq dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. 

Nəşr bildirir ki, Polşa rəhbərliyi altında sanksiyaların sərtləşdirilməsi gözlənilir.

Varşava altı aylıq sədrliyi dövründə Rusiyadan Avropaya idxal edilən yanacağa nəzarəti gücləndirməyi və Kreml üçün əsas gəlir mənbəyi olan bu resursların axınını məhdudlaşdırmağı hədəfləyir.

 

21.10.2024 16:44
557