Aİ Rusiyanı Moldovadakı seçkilərə müdaxilədə ittiham edir

Avropa Komissiyası Rusiya Federasiyasını Moldovadakı prezident seçkiləri və Avrointeqrasiya üzrə referendum prosesinə "misli görünməmiş müdaxilə" ilə ittiham edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.

Avropa İttifaqının Xarici Siyasət Xidmətinin nümayəndəsi Peter Stano bildirib ki, seçkilər "Moskvanın təhdidləri" altında keçirilib və bu, demokratik prosesə ciddi maneə olub.

21.10.2024 16:50
405