Aİ rəsmisi HƏMAS-ı sərt tənqid etdi: “Girovların şəkilləri dəhşətlidir”

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas HƏMAS-ı kəskin şəkildə tənqid edib.

Musavat.com xəbər verir ki, o, bu barədə paylaşımında bildirib.

Onun sözlərinə görə, girovların yayımlanan görüntüləri dəhşətlidir və HƏMAS-ın vəhşiliyini açıq şəkildə nümayiş etdirir:

“Bütün girovlar qeyd-şərtsiz və dərhal azad olunmalıdır. HƏMAS silahı yerə qoymalı və Qəzzadakı qeyri-qanuni hakimiyyətinə son verməlidir”.

Aİ rəsmisi eyni zamanda bölgədə humanitar vəziyyətin ağır olduğunu vurğulayıb və ehtiyacı olan hər kəsə yardımın artırılmasının vacibliyini qeyd edib.

Musavat.com

03.08.2025 15:16
343