Aİ İsraili Qəzzadakı hərbi əməliyyatları dayandırmağa çağırdı

Avropa İttifaqı (Aİ) İsraili Qəzza zolağında hərbi əməliyyatları dayandırmağa, humanitar yardım və elektrik enerjisinin tədarükünü bərpa etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas bəyanat verib.

Aİ-nin xarici siyasət rəhbəri isə atəşkəsin pozulmasından və Qəzzada, o cümlədən uşaqlar arasında dinc sakinlərin həlak olmasından təəssüf hissi keçirdiklərini bildirib.

Musavat.com

19.03.2025 17:23
240