Avropa İttifaqı (Aİ) İran üçün “Copernicus” peyk görüntü xidmətini aktivləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Canez Lenarsic “X”də məlumat verib:
“İranın yardım tələbi ilə İran Prezidenti və xarici işlər nazirinin olduğu bildirilən helikopter qəzası ilə əlaqədar Aİ-nin “CopernicusEMS” – “Copernicus” peyk görüntü xidmətini aktivləşdiririk”.