Aİ: Gürcüstanın təşkilata inteqrasiya prosesi faktiki olaraq dayandırılıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesi faktiki olaraq dayandırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyinin yaydığı bəyanatda qeyd edilib.

“Avropa İttifaqı xatırladır ki, Gürcüstanın daxil olma prosesi faktiki olaraq dayandırılıb. Hakimiyyəti inteqrasiya yoluna qayıtmağa çağırır”, - Aİ-nin Gürcüstan parlamenti tərəfindən qəbul edilən LGBT təbliğatını qadağan edən qanun layihəsini pislədiyi bəyanatında bildirilib.

04.09.2024 17:32
188