Avropa İttifaqı Şurasının çərşənbə axşamı dərc olunmuş qərarına əsasən, Aİ-nin Ermənistandakı yeni mülki missiyasının ilk dörd ayı 8,1 milyon avroya başa gələcək.
APA-nın xəbərinə görə, Aİ xarici işlər nazirləri Ermənistanda mandatı iki il müəyyən edilmiş yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər.
“Növbəti dövr üçün maliyyələşmənin həcmi Aİ Şurası tərəfindən müəyyən ediləcək”, - sənəddə deyilir.