Avropa İttifaqı Ermənistanın atom elektrik stansiyasına (regionda təhlükəsizliyi təhdid edir) 2 milyon avro ayıracaq.
Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Məlumatda bildirilib ki, Aİ Ermənistana mobil dizel nasoslarının alınması üçün istifadə olunacaq “Fukusima AES-dəki qəzadan öyrənilən dərslərin həyata keçirilməsi” maliyyə sazişi çərçivəsində Ermənistana 2 milyon avro verəcək:
“Bu, AES-in 2-ci enerji blokunun təhlükəsizlik səviyyəsini yüksəldəcək, xarici təsirlərə qarşı müqaviməti gücləndirəcək və ağır qəzaların idarə olunmasını təkmilləşdirəcək”,-deyə Ermənistan KİV-i yazıb.
Musavat.com