Aİ-dən Ukraynaya buillik son tranş - 1,5 milyard avro

Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro ayırıb. Bu, bu il vəd edilmiş 18 milyard avroluq son tranşdır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Qeyd edək ki, ötən həftə Brüsseldə keçirilən sammitdə növbəti dörd il üçün 50 milyard avro dəyərində yeni proqram razılaşdırılmalı idi, lakin Macarıstanın baş naziri buna veto qoydu.

Nigar HƏSƏNLİ,
Musavat.com

21.12.2023 16:51
346