Aİ-dən Rusiya və İranda fəaliyyət göstərən şirkətlərə  YENİ SANKSİYALAR

 

Avropa İttifaqı Rusiya və İranla bağlı bir sıra şirkətlər, müəssisələrə qarşı sanksiyaları genişləndirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Politico" yayıb. 

Xəbərə görə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bu məsələni 14 oktyabr tarixində keçiriləcək görüşdə müzakirə edəcək və müvafiq qərar qəbul etməyə çalışacaqlar.

Sanksiyaların əsas hədəfi Rusiyaya silah tədarük edən İran şirkətləri olacaq. Bundan əlavə, nazirlər bu məhdudiyyətləri aşmağa çalışanlara qarşı daha sərt tədbirlərin tətbiqini də nəzərdən keçirməyi planlaşdırırlar.

14.10.2024 12:57
246