Aİ-dən Rusiya ilə bağlı ŞOK QƏRAR: 2027-ci ilə qədər...

Avropa İttifaqı Rusiyadan qaz asılılığını azaltmaq üçün hazırlıqlara başlayıb.

Musavat.com xəbər verir ki, Avropa İttifaqı Rusiyadan qaz asılılığını azaltmaq məqsədilə yeni tədbirlər planı hazırlayır.

Bu plan çərçivəsində, 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması nəzərdə tutulur.

DOĞLA-GAZ

Aİ Rusiyadan yeni qaz müqavilələrinin bağlanmasını və mövcud spot müqavilələr çərçivəsində qaz idxalını qadağan etməyi planlaşdırır. Bu tədbirlərin 2025-ci ilin sonuna qədər qüvvəyə minməsi gözlənilir. Planın rəsmi təqdimatı 6 may 2025-ci il tarixində Strasburqda keçiriləcək.

Hazırda Aİ-nin qaz idxalının təxminən 19%-i Rusiyadan təmin olunur. Bu asılılığın azaldılması üçün Aİ, ABŞ, Qətər, Kanada və Afrika ölkələrindən alternativ mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü artırmağı planlaşdırır. Bununla yanaşı, Aİ-nin REPowerEU planı çərçivəsində enerji istehlakının azaldılması, təmiz enerji istehsalının artırılması və enerji tədarükünün diversifikasiyası kimi tədbirlər də həyata keçirilir.

Musavat.com

05.05.2025 14:55
651