Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi

Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsinin adı məlum olub.

Bu vəzifəyə çex diplomat Maqdalena Qronon təyin edilib.

Onun sentyabrın 1-dən etibarən səlahiyyətlərini icra etməyə başlayacağı bildirilib.

Xatırladaq ki, Maqdalena Qrono bu postda səlahiyyət müddəti avqustun 31-də bitəcək Toivo Klaarı əvəz edəcək. (APA)

26.07.2024 16:27
772