“İzləyicilərə mesajımız birlik, bərabərlik və ailənin önəmidir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında “Efsane” türk komediyasının Bakıda keçirilən qala gecəsində filmin baş rolunu canlandıran Ahmet Kural deyib.
Aktyor çox gözəl film ərsəyə gətirdiklərini qeyd edib:
“Çox şanslıyıq ki, beş-altı il sonra yenidən Bakıdayıq. Çox gözəl film ərsəyə gətirdik. Çox ümidli və həyəcanlıyıq. İzləyicilərə mesaj birlik, bərabərlik və ailənin önəmidir. Mövzu qatığın hazırlanmasıdır. Yeddi min illik qatığın sirri əyləncəli şəkildə göstərilir”.
A.Kural sonda Bakıya gəlişindən söz açıb: “Bakıya səfərim ilk dəfə deyil. 2018-ci ildə Bakıya gəlmişdim. Filmə bütün enerjimizi verdik”.