Əminə Şirin Vüqar Əbdülovla bağlı suala əsəbiləşib.
"Günaydın, Azərbaycan!" verilişində o, meyxanaçı ilə heç barışmayacağını deyib:
"Vüqar Əbdülov haqqında danışmaq istəmirəm. Anamın yanımda ola-ola ağzının danışığını bilməyən insandır. Nə səhv edirsənsə, mənə qarşı elə, mən keçəcəyəm. Amma yanımda anam var və sən...".
Qeyd edək ki, Əminə Vüqarla küsülülüklərinin səbəbini açıqlayarkən deyib: "Zəng vurdu, dedim ki, nəsə istəməzdən əvvəl hal soruş. Vüqar zəng etdi ki, dur gəl oxu. Getmədim. Sonra anamla bir məclisə getmişdik. Ondan böyük hörmətsizlik gördüm. Beşqat artıq cavabını aldı. Olmaz bunu etmək. Mübahisə davaya gəlib çıxdı"./axşam.az