Ağsuda avtomobil 8 yaşlı uşağı vurub

Ağsu rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon ərazisində avtomobil velosipedlə hərəkətdə olan 2015-ci il təvəllüdlü Zahidli Kamran Xəzər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.\\"Report"

09.10.2023 08:25
384