Ağsuda 12 yaşlı qız dəm qazından öldü

Ağsuda dəm qazından ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Ağsu şəhər S.Rzayev küçəsində yaşayan 2012-ci il təvəllüdlü Sadıqova Fidan Valeh qızı hamam otağında dəm qazından zəhərlənib.

O, Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada göstərilən ilkin tibbi yardıma baxmayaraq 12 yaşlı qız xəstəxanada dünyasını dəyişib.

07.02.2024 22:23
431